0
Saturday 19 May 2012 - 23:19

Bəhreyn və Səudiyyə rejimlərini Səddamın taleyi gözləyir

Story Code : 163486
Bəhreyn və Səudiyyə rejimlərini Səddamın taleyi gözləyir
Bəhreyn və Səudiyyə rejimlərini Səddamın taleyi gözləyir
Islam times.org/az/ - Ali Xəlifə və Əli Səud relimləri dərk etməlidirlər ki, güvəndikləri Amerika regionda yeni nökərlər axtarışındadır. Muhəmməd Rza Pəhləvi, Səddam Huseyn, Zeynəlabidin Ben Əli, Husni Mubarək və digər diktatorların başına gələnlər onlarıda gözləyir.

O bildirib ki, İranlılar Bəhreyn xalqının demokratiya uğrunda apardığı mübarizəni dəstəkləyirlər.

Briqada Generalı Nəqdi həmçinin ABŞ, Böyük Britaniya və digər hegamon güclərin insan hüquqlarını müdafiəsi sahəsində boş iddialarını tənqid edərək bildirib ki, həmin dövlətlər Ali Xəlifə rejimini dəstəklədikləri üçün dünya ictimaiyyətinə cavab verməlidirlər.

İranlı komandir həmçinin Vaşinqton və Tel Əvivin tiranları qoruyaraq onlara dəstək verdiklərini və sadə xalqa qarşı heç bir hörmət qoymadıqlarını bildirib.

Hədə qorxu və silah vasitəsilə Bəhreyndə baş qaldıran xalq inqilabının öhdəsindən gələ bilməyəcəklərini görən Ali Xəlifə və Ali Səud indi də Bəhreyn və Səudiyyə Ərəbistanı birləşdirmək planı ilə ortaya çıxıblar.

Bu arada cümə günü İranlılar Bəhreynin Səudiyyə Ərəbistanı ilə birləşdirilməsinə və Manama rejiminin anti hökumət əleyhinə çıxan nümayişçilərə qarşı zorakılığa etiraz əlaməti olaraq küçələrə axışıblar.

Əldə edilən məlumata əsasən Səudiyyə Ərəbistanı Fars Körfəzi ölkələrinin birlik şurasının 6 Ərəb üzv dövlətlərini birləşdirmək planına müvafiq olaraq Bəhreyn ilə birləşməyə can atır.
Source : Islamtimes
Comment