QR CodeQR Code

Bəhreyn və Səudiyyə rejimlərini Səddamın taleyi gözləyir

Islamtimes , 19 May 2012 23:19

Islamtimes - İran hərbi komandiri bildirib ki, Bəhreyndə olan Ali Xəlifə və Səudiyyədə olan Ali Səud rejimlərini İraq, Tunis və Misirdə olan diktatorların taleyi gözləyir.


islamtimes.org/az/ - Ali Xəlifə və Əli Səud relimləri dərk etməlidirlər ki, güvəndikləri Amerika regionda yeni nökərlər axtarışındadır. Muhəmməd Rza Pəhləvi, Səddam Huseyn, Zeynəlabidin Ben Əli, Husni Mubarək və digər diktatorların başına gələnlər onlarıda gözləyir.

O bildirib ki, İranlılar Bəhreyn xalqının demokratiya uğrunda apardığı mübarizəni dəstəkləyirlər.

Briqada Generalı Nəqdi həmçinin ABŞ, Böyük Britaniya və digər hegamon güclərin insan hüquqlarını müdafiəsi sahəsində boş iddialarını tənqid edərək bildirib ki, həmin dövlətlər Ali Xəlifə rejimini dəstəklədikləri üçün dünya ictimaiyyətinə cavab verməlidirlər.

İranlı komandir həmçinin Vaşinqton və Tel Əvivin tiranları qoruyaraq onlara dəstək verdiklərini və sadə xalqa qarşı heç bir hörmət qoymadıqlarını bildirib.

Hədə qorxu və silah vasitəsilə Bəhreyndə baş qaldıran xalq inqilabının öhdəsindən gələ bilməyəcəklərini görən Ali Xəlifə və Ali Səud indi də Bəhreyn və Səudiyyə Ərəbistanı birləşdirmək planı ilə ortaya çıxıblar.

Bu arada cümə günü İranlılar Bəhreynin Səudiyyə Ərəbistanı ilə birləşdirilməsinə və Manama rejiminin anti hökumət əleyhinə çıxan nümayişçilərə qarşı zorakılığa etiraz əlaməti olaraq küçələrə axışıblar.

Əldə edilən məlumata əsasən Səudiyyə Ərəbistanı Fars Körfəzi ölkələrinin birlik şurasının 6 Ərəb üzv dövlətlərini birləşdirmək planına müvafiq olaraq Bəhreyn ilə birləşməyə can atır.


Story Code: 163486

News Link :
https://www.islamtimes.org/az/news/163486/bəhreyn-və-səudiyyə-rejimlərini-səddamın-taleyi-gözləyir

Islam Times
  https://www.islamtimes.org