QR CodeQR Code

ABŞ və Səudiyyə Ərəbistan Bəhreyn bazalarından anti İran məqsədlər üçün istifadə etmək istəyirlər

Islamtimes , 20 May 2012 00:02

İslamtimes - Bəhreyn şiələrinin nümayəndəsinin dediyinə görə Səudiyyə Ərəbistan və ABŞ çalışırlar ki, Bəhreynin hərbi bazalarına giriş əldə etməklə İrana təziq göstərsinlər.


islamtimes.org/az/ - Cümə günü İRNA-ya ekskluziv müsahibəsində Şeyx Abdullah əl Dəbbaq Bəhreynin Səudiyyə Ərəbistan ilə birləşdirilməsini tənqid edərərk bildirib ki, bəzi Ərəb ölkələri və hegamon dövlətlər bu planın həyata keçirilməsi üçün əllərindən gələni edirlər.

O Riyadla Vaşinqtonun İrana təziqləri artırmaq üçün hər bir cəhətdən istifadə etdiklərini və Bəhreyni də bu məqsədlə strateji əsas kimi istifadə etməyi planlaşdırdıqlarını deyib.

Əl Dəbbaq Səudiyyə Ərəbistanın Fars Körfəzi ölkəsi olan Bəhreynin suverenliyinə sahib çıxmaqla öz cinayətlərinin üstünü ört basdır etmək istədiyini deyərək bildirmişdir ki, Riyad bir faktdan xəbərsizdir ki, Bəhreyn xalqı və alimləri ayıqdırlar və heç vaxt bu planın həyata keçməsinə icazə verməyəcəklər.

Əldə edilən məlumata əsasən Səudiyyə Ərəbistanı Fars Körfəzi ölkələrinin birlik şurasının 6 Ərəb üzv dövlətlərini birləşdirmək planına müvafiq olaraq Bəhreyn ilə birləşməyə can atır.

Plana əsasən Səudiyyə Manamya daxili siyasi muxtariyyət verəcək, ancaq ölkənin hərbi işlərini öz öhdəliyinə götürəcək.


Story Code: 163499

News Link :
https://www.islamtimes.org/az/news/163499/abş-və-səudiyyə-ərəbistan-bəhreyn-bazalarından-anti-iran-məqsədlər-üçün-istifadə-etmək-istəyirlər

Islam Times
  https://www.islamtimes.org