QR CodeQR Code

«Böyük səkkizlik” sammiti başa çatıb

20 May 2012 06:29

IslamTimes - ABŞ-da Vladimer Putinsiz baş tutan «böyük səkkizlik” sammiti başa çatıb.


APA-nın voanews.com saytına istinadən Avropada borc böhranını müzakirə edən «böyük səkkizlik” liderləri iqtisadi inkişaf və iş yerlərinin yaradılması məsələlərinin onlar üçün ən ümdə məsələlər olduğunu bildirib.

«Böyük səkkizlik” liderləri açıqladıqları rəsmi bəyanatda Yunanıstanın avro məkanında qalmasını arzuladıqlarını və ölkənin öz öhdəliklərinə əməl etməli olduğunu ifadə ediblər.

Borc böhranına görə dərin iqtisadi tənəzzül keçirən Yunanıstan ciddi iqtisadi tədbirlərin həyata keçirilməsindən yayınmaq üçün avro zonasından çıxa bilər.


Story Code: 163553

News Link :
https://www.islamtimes.org/az/news/163553/böyük-səkkizlik-sammiti-başa-çatıb

Islam Times
  https://www.islamtimes.org