0
Sunday 20 May 2012 - 17:46

Vyanadan Bağdadadək əliboş

Story Code : 163741
Vyanadan Bağdadadək əliboş
Vyanadan Bağdadadək əliboş
23 mayda Bağdad toplantısında bu səfərin təsirsiz olmayacağı düşünülür. Amma Amanonun bu səfərlə bağlı verdiyi şərh inandırıcı deyil və səfərin məqsədini araşdırmaq zəruri görünür.

14, 15 may tarixində Əli Əsğər Sultaninin rəhbərliyi ilə İran nümayəndə heyəti Vyanada MAQATE nümayəndələri ilə görüş keçirdi. Bu görüşdə MAQATE nümayəndələri ötən 9 ildə olduğu kimi qeyri-peşəkar suallarla çıxış etdilər. Yenə də hərbi variant yada salındı və bu xatırlatmadan təzyiq vasitəsi kimi istifadə olundu. İran nümayəndə heyəti NPT maddələrinə əsaslanaraq MAQATE qarşısındakı məhdudiyyətləri nəzərə çatdırdılar. MAQATE-nin İranın hərbi sənaye mərkəzlərində təftiş aparmaq istəkləri heç bir beynəlxalq qanuna sığmır. Bütün dövlətlər öz hərbi sənayesini dövlət sirri olaraq qapalı saxlayır. Hansı ki, İran bu istiqamətdə də MAQATE-yə böyük güzəştlərə gedib. Hətta MAQATE işçilərinin təftiş zamanı casusluğu da dünyaya məlumdur. Sabiq MAQATE direktoru Əl-Baradeinin müavininin təftiş zamanı
casusluq fəaliyyətlərindən Şpigel də ətraflı yazdı.

İran nümayəndə heyəti Vyanadakı danışıqları 21 mayda davam etdirməyi qərara almışdı. Nəzərdə tutulurdu ki, MAQATE nümayəndələri bu görüşdə İran nüvə proqramı ilə bağlı şübhə yaradan sənədləri ortaya qoysunlar. İran bu sənədləri araşdırıb, Bağdad görüşündən sonra cavab verməli idi. MAQATE nümayəndələri isə öz əsasnamələrinə zidd gedərək malik olduqları məlumatların yalnız bir hissəsini İrana təqdim etməyi öhdəsinə götürüb. Bəzi sənədləri isə yalnız göstərmək nəzərdə tutulur. İran nümayəndə heyəti isə bütün informasiyaların onun ixtiyarına verilməsini tələb edir. Maraqlıdır ki, 21 may görüşü Yukio Amano tərəfindən birtərəfli şəkildə ləğv olunub və MAQATE direktoru gözlənilmədən İranda peyda olub. Nə üçün bu görüş ləğv edilib? Belə görünür ki, ortaya sübut qoymağı vəd etmiş MAQATE nümayəndələrinin əli boş olub və Amanonun səfəri ilə öz rüsvayçı vəziyyətlərini ört-bastır etmək istəyiblər.
Beləcə MAQATE Vyanadan Bağdad görüşünə boş əllə gedir.

5+1 və Ağ Evin təsiri altında olan MAQATE İran nüvə proqramına qarşı heç bir sübuta malik deyil. Əgər 21 maydakı görüşə MAQATE nümayəndələri boş əllə gəlsəydi 5+1 Bağdadda çox pis vəziyyətdə qalacaqdı. Həmin görüşün ləğv olunması Bağdad görüşü üçün hazırlıqdır. Digər tərəfdən aydın olur ki, 5+1 və MAQATE-nin bütün iddiaları puç imiş. Onların İranın Parçin mərkəzi ilə bağlı manevrləri tamamilə puça çıxdı. Əlində heç bir sübut olmayan MAQATE Bağdad danışıqlarında heç bir üstünlüyə malik deyil. Onlar sadəcə uydurma ssenarilərə arxalanır. Amanonun İrana səfəri 5+1 üçün Bağdadda bəhanədən başqa məqsəd daşımır.

Amerikalılar iddia edir ki, 2003-cü ildə ələ keçirdikləri kompyüterdəki məlumatlar İranın nüvə proqramının sülhməramlı olmadığını göstərir. Onlar bu uydurma iddialar əsasında Parçin mərkəzində təftiş aparmaq istəyirlər. Amma deyilənlər təftiş üçün
yetərli dəlil deyil. Yetərli dəlil 21 mayda təqdim olunmalı idi amma bu görüş baş tutmadı. Beləcə Parçində təftiş tələbləri heç bir qanuni əsasa malik deyil.

İran nümayəndə heyəti MAQATE qarşısında qoyduğu suallara cavab gözləyir. Suallardan biri budur ki, MAQATE-nin əlində sübut varsa nə üçün onu ortaya qoymur? MAQATE nə üçün yersiz şübhələrə əsaslanan təftişlər nəticəsiz qaldıqda İrandan üzr istəmir? Növbəti təftişlər iddiaların puç olduğunu göstərərsə MAQATE təftişlə bağlı maliyyə xərclərini üzərinə götürürmü? Əgər nəzərdə tutulan mərkəzdə təftişə icazə verilsə və heç bir iddia sübuta yetməsə MAQATE bu təftişin nəticələrini etiraf edəcəkmi? MAQATE bu 4 suala mənfi cavab verib. Hansı ki, MAQATE və NPT qanunlarına əsasən, bir ölkədə nüvə təsisatlarında təftişlər nəticə vermədikdə həmin ölkə sülhməramlı nüvə fəaliyyətini davam etdirə bilər. Şübhələr yersizdirsə MAQATE-nin vəzifəsi həmin ölkənin nüvə proqramına yardım göstərməkdir.
MAQATE təftişin nəticələrini elan etməli və yersiz iddialara son qoymalıdır. MAQATE-nin bu qanuni tələblərdən imtina etməsi göstərir ki, İran nüvə proqramı ilə bağlı kompaniya hüquqi yox, siyasidir.

MAQATE və 5+1-in Parçindəki nüvə fəaliyyətləri ilə bağlı iddiaları haqqında bir neçə nöqtəni qeyd etmək yerinə düşər. Ötən təftişlərdən birində İran nümayəndə heyətinin “hansı sənədə əsaslanırsınız” sualına MAQATE nümayəndəsi “bizdə kosmosdan çəkilmiş şəkillər var” deyib. Maraqlıdır ki, belə bir foto hərbi nüvə fəaliyyətlərinə nə dərəcədə sübut sayıla bilər?!

MAQATE iddia edir ki, kosmosdan götürülmüş şəkildə Parçin mərkəzində adətən nüvə başlığı üçün istifadə olunan kapsul qeydə alınıb. Guya Vyaçeslav Danilenko adlı rus mütəxəssisi həmin kapsulun hazırlanmasında iştirak edib. Hansı ki, Danilenko nano mütəxəssisdir. O Azad Avropa radiosuna müsahibəsində bildirib ki, nüvə texnologiyası ilə bağlı ixtisasa malik deyil. Hansı ki, MAQATE-nin müfəttişi Robert Kelli də
bu iddianın elmi əsası olmadığını dilə gətirib. Amerikanın tanınmış siyasi şərhçisi Gerd Porter MAQATE-nin iddialarını məsxərə adlandırıb.

Mayın 16-da Obamanın sabiq müşaviri Denis Ras CNN-ə müsahibəsində bildirib ki, Parçindən götürülmüş kosmik şəkildəki şübhəli detal kompyüter texnologiyası ilə həqiqi fotoya əlavə olunub.

Belə görünür ki, Amano Vyana görüşünü ləğv edib İrana gəlməklə Parçin iddiasının puç olduğunu ört-bastır etmək istəyib. Başqa bir ehtimal budur ki, Amano Vyana görüşünü ləğv etməklə həmin sənədi Bağdadda qəfildən ortaya çıxarmaq istəyir. Bağdad görüşündə belə bir sənəd ortaya çıxarsa İran MAQATE ilə əməkdaşlıqdan yayınmaqda ittiham oluna bilər. Belə bir hal yaranarsa, Amanonun İsrailin oyunlarında iştirakı olduğu təsdiqlənəcək və ona xəbərdarlıq etmək zəruri olacaq. Çünki belə bir oyun Bağdad görüşlərini ABŞ və müttəfiqlərinin xeyrinə yönəltmək məqsədi daşıyır.

IslamTimes - Tərcümə şöbəsi
Comment