0
Sunday 20 May 2012 - 18:27

“The Guardian” Əliyevlə Lukaşenkonu eyniləşdirdi

Story Code : 163759
Əliyev - Lukaşenko
Əliyev - Lukaşenko
İngiltərənin “The Guardian” qəzetində “Olimpiyada üçün bilet” məqaləsində nüfuzlu idman və mədəni yarışlara insan haqlarını pozan avtoritar ölkə başçılarının qatılması məsələsindən bəhs olunur. Məqalədə qeyd olunur ki, bəzi avtoritar liderlər mədəni və idman tədbirlərində iştirak etməyə daha çox can atır. Bu cür yarışların açılış mərasimlərinə diktatorların dəvət olunması isə həmin tədbirlərin siyasiləşməməsinə göstərilən cəhdləri alt-üst edir. Müəllif onu da qeyd edir ki, avtoritar ölkə başçıları bu tip tədbirlərdən özlərinin hakimiyyət maraqları üçün istifadə edir.

“Bu yay Ukrayna futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Ölkə sovet stilli avtoritarizm idarəçiliyinə geri dönüb. Bununla yanaşı, qonşu Belarusda da Avropanın sonuncu diktatoru Aleksandr Lukaşenko 2014-cü ildə keçiriləcək hokkey üzrə dünya çempionatına ev sahibliyi etməklə antidemokratik rejimi üzərində parıltı yaratmaq istəyir. Növbəti həftə isə bütün diqqətlər jurnalistlərin həbs olunduğu, siyasi fəalların təzyiqlərlə üzləşdiyi Azərbaycana yönələcək. Ölkə ”Eurovision" yarışmasının builki ev sahibidir. Ingiltərəli jurnalistlər yarışmaya tamaşaçı mövqeyindən yanaşmamalıdır. Onlar azərbaycanlı həmkarlarının üzləşdiyi problemlərə də diqqət yetirməlidirlər", - deyə “The Guardian”dakı məqalədə vurğulanıb. /Abna/
Comment