0
Monday 21 May 2012 - 14:33

"KTMT hərbi müdaxilə olacağı təqdirdə, Ermənistana kömək edəcək"

Story Code : 163958
Ermənistan
Ermənistan
“Ermənistana qarşı hər hansı hərbi müdaxilə olacağı təqdirdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz köməyini göstərəcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri “RİA-Novosti” Beynəlxalq informasiya agentliyində keçirdiyi mətbuat konfransında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.

O, Ermənistanın KTMT-nın tamhüquqlu üzvü olduğunu xatırladıb: “Biz təşkilat olaraq tamhüquqlu olan üzvümüzə bütün lazım olan köməyi göstərəcəyik. Qalan məsələlər və hadisələrin sonrakı gedişi isə təşkilata daxil olan ölkələrin prezidentlərinin qərarından asılı olacaq”.
Comment