QR CodeQR Code

"KTMT hərbi müdaxilə olacağı təqdirdə, Ermənistana kömək edəcək"

21 May 2012 14:33

IslamTimes - Nikolay Bordyuja: “Hərbi müdaxilə olacağı təqdirdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana kömək edəcək”


“Ermənistana qarşı hər hansı hərbi müdaxilə olacağı təqdirdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz köməyini göstərəcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri “RİA-Novosti” Beynəlxalq informasiya agentliyində keçirdiyi mətbuat konfransında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.

O, Ermənistanın KTMT-nın tamhüquqlu üzvü olduğunu xatırladıb: “Biz təşkilat olaraq tamhüquqlu olan üzvümüzə bütün lazım olan köməyi göstərəcəyik. Qalan məsələlər və hadisələrin sonrakı gedişi isə təşkilata daxil olan ölkələrin prezidentlərinin qərarından asılı olacaq”.


Story Code: 163958

News Link :
https://www.islamtimes.org/az/news/163958/ktmt-hərbi-müdaxilə-olacağı-təqdirdə-ermənistana-kömək-edəcək

Islam Times
  https://www.islamtimes.org