0
Monday 21 May 2012 - 15:18

Qubada sürücülər etiraza qalxıb

Story Code : 163984
Qubada sürücülər etiraza qalxıb
Qubada sürücülər etiraza qalxıb
Quba şəhər Nəqliyyat Departamentinin şəhərdaxili marşrut avtobuslarda rüsum haqqını qardırmasına qtiraz olaraq sürücülər aksiya keçiriblər. Bu haqda Turan-a Helsinki Assambleyası Azərbaycan Milli Komitəsinin Quba nümayəndəsi Avtandil Məmmədli bildirib.

Onun sözlərinə görə, rüsum haqqı 10 manatdan 50 manata qaldırılıb. Quba şəhər daxili arşrutların 25-30 sürücüsü etiraz olaraq tətilə başlamaq istəyib. Hadisə yerinə polis qüvvələri gəlsə də sürücülərə elə bir təzyiq olmayıb. Bundan sonra şəhər Nəqliyyat Departamentinin əməkdaşları hadisə yerinə gəliblər.

Son məlumatlara görə, sürücülərlə departament əməkdaşları arasında danışıqlar gedir. Yaxın 2-3 saat ərzində danışıqların nəticəsi məlum olacaq.
Source : Turan,deyerler
Comment