0
Monday 21 May 2012 - 21:02

Putindən sonra Mərkəzi Asiya ölkələrinin rəhbərləri də NATO-nun sammitində iştirakdan imtina ediblər

Story Code : 164067
Rusiya - Avropa - Asiya - NATO
Rusiya - Avropa - Asiya - NATO
ABŞ-da müşahidəçilər hesab edir ki, imtinanın arxasında Moskvanın “xahişi”, daha doğrusu, Vladimir Putinin tövsiyələri durur.

Bir neçə həftə əvvəl rəsmi Bakı da Novruz Məmmədovun vasitəsilə yönünü dəyişəcəyi və Qərblə əməkdaşlıqdan imtina edəcəyi hədə-qorxusu gəlib. Vaşinqtonda müşahidəçilər hesab edirlər ki, bu ifadələr 6 MDB ölkəsinin sammitdə iştirakdan imtinası ilə eyni səbəbə dayanır.

Vaşinqtondakı mənbələr hesab edirlər ki, Moskva KTMT hərbi-siyasi ittifaqının möhkəmləndirilməsi və onun NATO-nun real alternativinə çevrilməsi üzrə addımlar atmaq niyyətindədir.

Azərbaycana gəlincə, yerli ekspertlər hesab edir ki, bu vəziyyətdə Bakı növbəti dəfə təzadlardan Vaşinqton və Moskvanın maraqlarının qarşıdurmasından istifadə etməyə çalışacaq. /Deyerler/
Comment