QR CodeQR Code

Türkiyə mətbuatından təhlükəli xəbər

21 May 2012 22:10

IslamTimes - İsrail rejimi "Yunan Kipri"ndə “mini İsrail" yaratmaq istəyir


Türkiyə mətbuatının bugünkü xəbərlərində əsas mövzulardan biri Cənubi Kiprin İsrail rejimi tərəfindən "alınması"ndan ciddi narahatlıq duyulur. "Star"ın "Limasolda "kiçik İsrail rejimi" qurulacaq" başlıqlı xəbərində deyilir: "İsrail rejimi və Cənubi Kiprin (Kiprin yunan kəsimi, - red.) şərtlərdə qəti razılaşacağı halda, bölgədə 10 milyard dollarlıq stansiya tikintisinə başlanılacaq və işləmək üçün təxminən 10 min İsrail rejimindən olan ailənin də yunan kəsiminə gətirildikdə ən azı 30 min İsrailli Cənubi Kiprin Limasol şəhərində yerləşəcək. Sionist rejim həm bu sakinlərinin təhlükəsizliyi adı altında, həm də iqtisadi bölgələrin təhlükəsizliyi adı altında yunan tərəfinə 20 min xüsusi təyinatlı işğalçı rejim əsgəri yerləşdirmək istəyir. Beləcə Limasola 50 mini aşan İsrail rejimi sakininin yaşayacağı "kiçik bir İsrail rejimi" qurulacaq. Yunan mənbə "İsrail rejiminə barmağınızı versəniz, qolunuzu qapar. İsrail rejimi bura çıxmaq üçün gəlmir; yerləşmək, çıxmamaq üçün gəlir" deyə fikirlərini ifadə edib.

Sabah qəzeti "Türkiyənin dibinə 20 min İsrail rejimi xüsusi təyinatlısı" başlıqlı xəbərində yazır: "Xristofyas Netanyahudan İsrail rejimi sahibkarları üçün adamlarının ŞKTC-ə sərmayə qoymalarına mane törətməsini istəyib; Netanyahu bunun əvəzində hərbi hava və dəniz bazası tələb edib. Bundan başqa, İsrail rejimi yunan kəsiminə 20 min komandos yerləşdirmək istəyir" /XezerXeber/


Story Code: 164080

News Link :
https://www.islamtimes.org/az/news/164080/türkiyə-mətbuatından-təhlükəli-xəbər

Islam Times
  https://www.islamtimes.org