QR CodeQR Code

Pakistanın Kəraçi şəhərində nümayişçilərin öldürülməsi iğtişaşlarla nəticələnib

23 May 2012 06:35

IslamTimes - Mayın 22-də Pakistanın Kəraçi şəhərində polisin hərəkətlərinə qarşı etiraz aksiyası 9 nümayişçinin öldürülməsi ilə nəticələnib.


Bu barədə APA EFE agentliyinə istinadən məlumat verir.

Etiraz aksiyasını «Avami Təhrik» partiyası təşkil edib. Aksiya zamanı atışma başlayıb və 9 nümayişçi qətlə yetirilib, 30 nəfər, o cümlədən polislər yaralanıblar.

Nümayişçilərin öldürülməsi iğtişaşlara səbəb olub. İğtişaşlar nəticəsində avtomobillər və dükanlar yandırılıb.

Hələlik kimin nümayişçilərə atəş açdığı məlum deyil. Rəsmilər şəhərdə əmin-amanlığı bərpa etməyə çalışırlar.


Story Code: 164506

News Link :
https://www.islamtimes.org/az/news/164506/pakistanın-kəraçi-şəhərində-nümayişçilərin-öldürülməsi-iğtişaşlarla-nəticələnib

Islam Times
  https://www.islamtimes.org