QR CodeQR Code

"Obama verdiyi sözə əməl etmədi"

XezerXeber , 23 May 2012 07:03

IslamTimes - Çikaqo şəhərində təşkil edilən NATO zirvəsinin ikinci və son günündə müharibə əleyhdarları yenə etiraz nümayişi keçirib


300-ə qədər adam bu dəfə noyabr ayındakı prezident seçkilərinə hazırlaşan Barak Obamanın seçki bürosu qarşısında toplanıb. Əvvəlki günlərin əksinə sakit mühitin hakim olduğu etirazçılar Obamanın 4 il əvvəl verdiyi "dəyişiklik" vədinə əməl etmədiyini dilə gətirib: "Dəyişiklik və ümid, Obamanın seçilmədən əvvəlki kampaniyasında ən əhəmiyyətli ifadələri idi, lakin bu ana qədər edilən çox az şey var. Bütün pulun hələ təhlükəsizlik üçün və müxtəlif müharibələr üçün xərcləndiyini görürük". (euronews)

Çikaqoda həftəsonunda təşkil edilən etiraz nümayişlərində 100-ə yaxın adam nəzarətə götürülüb. Yaşanan hadisələrdə ən azı 10 nəfər də yaralanıb. Dünən 50 Amerika əsgərinin İraq müharibəsindən sonrası onlara verilən xidməti medalları yerə ataraq İraq və Əfqanıstanın işğalını etiraz etməsi isə nümayişlərin ən yadda qalan səhnəsi olub.


Story Code: 164512

News Link :
https://www.islamtimes.org/az/news/164512/obama-verdiyi-sözə-əməl-etmədi

Islam Times
  https://www.islamtimes.org