QR CodeQR Code

Obama: ABŞ Əfqanıstan və Pakistanda ekstremistlərlə döyüşür

Islamtimes , 23 May 2012 10:51

Islamtimes - ABŞ prezidenti Barak Obama ölkəsinin Əfqanıstanda və Pakistandakı hərbi qüvvələrinin ekstremistlərə qarşı mübarizə apardığını bildirib.


islamtimes.org/az/ - Obama Pakistan prezidenti Asif Əli Zardari ilə görüşündən sonra deyib: “Pakistanı demokratik, inkişaf edən və stabil dövlət kimi görmək bizim milli maraqlarımıza daxildir. Ekstremistlər tək Əfqanıstanın yox, həmçinin Pakistan və bizim ortaq düşmənlərimizdir. Bu səbəbdən də gərək bizlər ortaq düşmənlərimizə qarşı birgə mübarizə aparaq.”

Vaşinqton əvvəllər Əfqanıstan və Pakistanda əl Qaidə və Taliban yaraqlıları ilə mübarizə apardığını iddia etmişdir.

Çikaqoda keçirilən NATO sammitinin yekun iclasında çıxış edən ABŞ prezidenti Barak Obama deyib ki, NATO rəhbərləri 2014-cü ilin sonuna qədər qoşunlarını Əfqanıstandan çıxartmaq haqda razılığa gəliblər.

Bazar ertəsi günü o deyib: “Biz 2013-cü ilin ortalarından etibarən Əfqanıstanda döyüş əməliyyatlarını həyata keçirməyi Əfqan ordusuna həvalə edəcəyik və beləliklə 2014-cü ilin sonuna qədər əməliyyatların həyata keçirilməsini təmamilə Əfqanlara həvalə edəcəyik.”

O daha sonra əlavə edərək deyib ki, 2014-cü ildən sonra xarici ordu qüvvələri Əfqan ordusunun məşqlərinə nəzarət etmək və dəstək vermək üçün ölkədə qalacaqlar.


Story Code: 164596

News Link :
https://www.islamtimes.org/az/news/164596/obama-abş-əfqanıstan-və-pakistanda-ekstremistlərlə-döyüşür

Islam Times
  https://www.islamtimes.org