0
Wednesday 23 May 2012 - 11:26

Səid Cəlili Eştonla görüşüb

Story Code : 164610
Səid Cəlili Eştonla görüşüb
Səid Cəlili Eştonla görüşüb
İran İslam Respublikası Milli Ali Təhlükəsizlik Şurası Baş Katibi və nüvə proqramı üzrə baş müzakirəçisi Səid Cəlili Avropa İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Katrin Eştonla görüşüb.

İranla 5+1 arasında görüş öncəsi baş tutan bu görüşdə Səid Cəlili və Eşton son fikirlərini bir-biri ilə bölüşəcək. Bu görüşün Bağdad vaxtı ilə saat 9-da, 5+1 ilə İran nümayəndələri arasında isə müzakirələrin saat 11-də keçiriləcəyi bildirilir.

Avropa İttifaqının Xarici Əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton ötən ayın ortalarında baş tutmuş danışıqların ilk mərhələsində mətbuat konfransı keçirərək, müzakirələrdən razı qaldığını bildirmişdi.
Comment