QR CodeQR Code

Fransa Senatının üzvləri Dağlıq Qarabağa səfər ediblər

23 May 2012 16:05

IslamTimes - Fransa Senatının bir neçə üzvündən ibarət qrup Dağlıq Qarabağa səfər edib. Ermənistan mətbuatının verdiyi məlumata görə, onlar qondarma Dağlıq Qarabağ rejminin rəhbəri Bako Saakyanla görüşüblər.


Görüşdə tərəflər qondarma rejmin daxili həyatı və xarici siyasəti ilə bağlı məsələləri müzakirə ediblər. Bako Saakyan ikitərəfli münasibətləri inkişafı çərçivəsində bu cür səfərlərin tez-tez baş verməsini arzulayıb.

Görüşdə separatçı rejmin baş naziri, maliyyə naziri Spartak Tevosyan və digərləri iştirak edib. Fransalı deputatların separatçı rejimin nümayəndələri ilə görüşmələrinə münasibət öyrənmək üçün Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağa cəhd etdik. Ancaq qurumun mətbuat xidmətinin rəhbəri Elman Abdullayev telefon zənglərimizə cavab vermədi. /anspress/


Story Code: 164713

News Link :
https://www.islamtimes.org/az/news/164713/fransa-senatının-üzvləri-dağlıq-qarabağa-səfər-ediblər

Islam Times
  https://www.islamtimes.org