QR CodeQR Code

AB-nin İrana qarşı tətbiq etdiyi sanksiya ləğv edilib

24 May 2012 06:50

IslamTimes - Avropa Məhkəməsi Avropa Birliyinin (AB) İrana qarşı tətbiq etdiyi sanksiyanı ləğv edib.


 APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Prezidenti yanında Beynəlxalq Hüquqi İşlər Mərkəzinin rəhbəri Məcid Cəfərzadə deyib. Onun sözlərinə görə, Avropa Məhkəməsi İranın neft şirkətlərinə sanksiya tətbiq olunması barədə AB-nin qərarını ləğv edərək, Avropa Komissiyasının iddiaçı tərəfin xərclərini ödəməsi barədə hökm çıxarıb.
Qeyd edək ki, AB-yə üzv ölkələrin xarici işlər nazirlərinin bu il yanvarın 23-də Brüsseldə keçirilən toplantısında İrandan neft idxalına iyulun 1-dən etibarən sanksiya tətbiq olunması barədə qərar çıxarılıb.


Story Code: 164920

News Link :
https://www.islamtimes.org/az/news/164920/ab-nin-irana-qarşı-tətbiq-etdiyi-sanksiya-ləğv-edilib

Islam Times
  https://www.islamtimes.org