QR CodeQR Code

Nəsrullah Suriyadakı insan oğurluğuna görə təmkinli olmağa çağırıb

Islamtimes , 24 May 2012 15:14

İslamtimes - Silahlı qruplar Livanlı zəvvarlar olan avtobusu ələ keçirmiş, kişiləri əsir götürmüş, qadınları isə sərbəst buraxmışdılar.


islamtimes.org/az/ - Hizbullah Baş Katibi Seyyid Həsən Nəsrullah Suriya silahlı qrupları tərəfindən qaçırılmış 13 Livan vətəndaşının tezliklə azad buraxılması tələbi ilə çıxış etməklə yanaşı bu məsələyə təmkinli və səbirli yanaşmağa çağırıb.

Çərşənbə axşamı günü Nəsrullah qaçırılmış Livan vətandaşların sağ-salamat evlərinə qaytarılmasının Livan hökumətinin vəzifəsi olduğunu bildirib.

O əlavə edərək deyib: “Bizim əzizlərimiz olan o insanlar bizimlə bir yerdə olmayana qədər gecə və gündüz çalışacağıq. ”

Livanda baş verən son hadisələr və münaqişəyə münasibət bildirən baş katib Livan xalqından bu hadisələrə qarşı səbirli və dözümlü davranmağını xahiş edib.

Nəsrullah dyib: “Mən hər kəsi səbirli olmağa çağırıram. Heç kimə yaraşmaz ki, küçələrə çıxıb yolları bağlasın və zorakılığ işləri həyata keçirsin.”

Anti Suriya silahlı qüvvələri Türkiyə Suriya sərhəddi yaxınlığında yerləşən Azaz şəhəri yaxınlığında 13 Livan vətəndaşını qaçırmışdılar. Livanlılar İrandan ziyarətdən qayıdırdılar.

Silahlı qruplar zəvvarlar olan avtobusu ələ keçirmiş, kişiləri əsir götürmüş, qadınları isə sərbəst buraxmışdılar.


Story Code: 165087

News Link :
https://www.islamtimes.org/az/news/165087/nəsrullah-suriyadakı-insan-oğurluğuna-görə-təmkinli-olmağa-çağırıb

Islam Times
  https://www.islamtimes.org