QR CodeQR Code

Bəs onları göndərənlər?!

24 May 2012 19:53

IslamTimes - Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Fransa senatorları “qara siyahı”ya salınıb


Azərbaycanın işğal olunmuş ərazilərinə icazə almadan səfər edən Fransa senatorları Filipp Morini, Sofi Şuayen və Bernar Furnye “arzuolunmaz şəxslər”in siyahısına salınıb. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev açıqlama verib. O bildirib ki, bu cür səfərlər münaqişənin həllinə kömək etmir, əksinə, vəziyyəti gərginləşdirir. E. Abdullayev Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladaraq bəyan edib ki, belə səfərlər danışıqlar prosesinə zərbə kimi qiymətləndirilməlidir: “Azərbaycanın işğal olunan ərazilərinə belə qeyri-qanuni səfərlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə xidmət etmir, əksinə, vəziyyəti daha da gərginləşdirərək, qeyri-müəyyənlik yaradır. Belə səfərlər qəbul olunmazdır. Azərbaycanın bu barədə mövqeyi prinsipial və dəyişməzdir. Yenə də kimsə belə bir səfər etsə, adı “qara siyahı”ya salınacaq. Hər bir senator unutmamalıdır ki, belə bir səfər vasitəçilik missiyasına zərbə vura bilər. Təəssüf ki, Fransa senatorları erməni icmasının belə bir qeyri-konstruktiv şantajının alətinə və qurbanına çevriliblər”.

Qeyd edək ki, Fransa senatorları bu günlərdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib, separatçı rejimin rəhbərləri ilə görüşlər keçirirlər.


Story Code: 165178

News Link :
https://www.islamtimes.org/az/news/165178/bəs-onları-göndərənlər

Islam Times
  https://www.islamtimes.org