0
Friday 25 May 2012 - 09:20

İran və "altılıq" arasında danışıqlar Moskvada keçiriləcək

Story Code : 165321
İran və "altılıq" arasında danışıqlar Moskvada keçiriləcək
İran və "altılıq" arasında danışıqlar Moskvada keçiriləcək
RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton İran və "altılıq" ölkələrinin nümayəndələri arasında cümə axşamı Bağdadda başa çatan görüşün yekunu üzrə bildirib.

İran və "altılıq" arasında danışıqlar mayın 23-də İraq paytaxtında start götürüb. İki gün ərzində danışıqların dörd raundu keçirilib.

Bundan əvvəl məlumat yaymışdı ki, növbəti danışıqlar üç həftə ərzində Cenevrədə keçiriləcək.

Bağdadda ikigünlük danışıqların nəticələrindən danışan Eşton bildirib ki, rəsmi Tehran və "altılıq" nümayəndələrində bəzi məsələlər üzrə fikir ayrılıqları qalır. Amma ümumi olaraq danışıqların müsbət keçdiyi ehtimal olunur. Eşton qeyd edib ki, İran uranın 20 faizədək zənginləşdirilməsi məsələsinin müzakirə edilməsi ilə razıdır.  /Trend/
Comment