QR CodeQR Code

ABŞ İrandan çox şey tələb edir, bir halda ki, özü heç bir güzəştə getmir

Islamtimes , 25 May 2012 23:13

İslamtimes - Siyasi analitikin bildirdiyinə görə ABŞ-ın İrandan uran zənginləşdirilməsini təxirə salmasını tələb etməsi mənasız bir şeydir və Nüvə Yayılmama Razılığına əsasən İranın sülh məqsədlər üçün nüvə enerjisini istehsal etməyə tam haqqı var.


islamtimes.org/az/ - Bu açıqlama cümə axşamı günü Bağdadda 2 günlük İran və 5+1 dövlətləri arasında olan danışıqların yekun mərhələsindən sonra edilmişdir.

İran nümayəndə heyətinə rəhbərliyi İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və Almaniya da daxil olmaqla digər 5 dövlətin nümayəndə heyətinə isə Avropa Birliyi Xarici siyasət idarəsinin rəisi Katerin Aşton rəhbərlik edirdi.

Katerin Aşton bildirib ki, mühüm fərqliliklərin mövcud olmasına baxmayaraq, hər iki tərəf danışıqlar zamanı müəyyən razılığa gələ biliblər.

Hər iki tərəf danışıqların növbəti mərhələsini 18-19 iyunda Moskvada keçirilməsi haqda razılığa gəliblər.

Tehran və 5+1 dövlətləri indiyə kimi 3 görüş keçiriblər, biri 2010-cu ilin dekabrnda Cenevrədə və ikisi isə 2011-ci il yanvar və 2012-ci il aprel aylarında İstanbulda keçirilmişdir.


Story Code: 165494

News Link :
https://www.islamtimes.org/az/news/165494/abş-irandan-çox-şey-tələb-edir-bir-halda-ki-özü-heç-güzəştə-getmir

Islam Times
  https://www.islamtimes.org