QR CodeQR Code

Kayseridə həyata keçirilən terror aktında 4 nəfər həlak olub

26 May 2012 06:52

IslamTimes - Türkiyədə Kayseri vilayətinin Pınarbaşı ilçəsində dünən PKK terrorçularının polis idarəsində həyata keçirdikləri terror hücumunda həlak olanların və yaralananların dəqiq sayı açıqlanıb.


Hadisə nəticəsində 1 polis, 3 terrorçu həlak olub, 16 nəfər isə yaralanıb. Türkiyə daxili işlər naziri İdris Naim Şahinin sözlərinə görə, öncə 2 polisin şəhid olduğu barədə məlumat alınsa da, həkimlərin səyləri ilə ağır yaralanmış polis nəfəri xilas edilib.

Yaralıların 7 nəfəri polis, 9-u mülki şəxsdir. Yaralanan dinc sakinlər arasında 3 uşaq da var.

Bu arada PKK-çıların hücumda istifadə etdikləri maşının sahibi aşkar edilərək saxlanılıb.


Story Code: 165537

News Link :
https://www.islamtimes.org/az/news/165537/kayseridə-həyata-keçirilən-terror-aktında-4-nəfər-həlak-olub

Islam Times
  https://www.islamtimes.org