0
Saturday 26 May 2012 - 10:09

Misirli etirazçılar Əhməd Şəfiqin şəkilinə od vurdular

Story Code : 165571
Misirli etirazçılar Əhməd Şəfiqin şəkilinə od vurdular
Misirli etirazçılar Əhməd Şəfiqin şəkilinə od vurdular
"IslamTimes" "Əl-Yəvmus-Sabe" xəbər agentliyinə istinadən xəbər verir ki, arasında onlarla siyasi fəal da olan etirazçılar Misir diktatoru Hüsni Mübarəkin son baş naziri olmuş Əhməd Şəfiqin şəkilinə od vurub.

İskəndəriyyə şəhərində etiraz aksiyasına qoşulan misirlilər inqilabın təhlükədə olduğunu təkidlə vurğulayıblar. Onlar xalqın meydanlara axışmasının yeganə çıxış yolu olduğunu və çirkin planları alt-üst edəcəyini bildiriblər.

Digər tərəfdən, Misir Parlamentinin islamçı üzvü Camal Heşmət Əhməd Şəfiqin seçkidə yüksək səs toplamasında şübhəli məqamlar olduğunu təkidlə vurğulayıb.

Camal Heşmət deyib: "Misirli inqilabçıları qətliam etməkdə təqsirləndirilən bir şəxsin prezident seçkilərində bu qədər səs toplaması çox məntiqsizdir."

Əhməd Şəfiqin seçkilərdəki zahiri müvəffəqiyyətinə yönəlmiş etiraz aksiyaları bir halda baş verir ki, seçki keçirilən zaman beynəlxalq müşahidəçilər Ə. Şəfiqin seçicilərin səsini satın almağa çalışdığını bildirib.

Beynəlxalq müşahidəçilər Diktator Hüsni Mübarəkin son baş naziri olmuş bu namizədin seçicilərin səsini 200-500 misir funtu dəyərində aldığını təkidlə vurğulayıblar.
Comment