0
Sunday 27 May 2012 - 01:08

İsrail rəsmiləri ABŞ nümayəndəsini qəbul etməkdən imtina ediblər

Story Code : 165844
İsrail rəsmiləri ABŞ nümayəndəsini qəbul etməkdən imtina ediblər
İsrail rəsmiləri ABŞ nümayəndəsini qəbul etməkdən imtina ediblər
Islam times.org/az/ - 25 may cümə günü İsrail baş naziri Bencamin Netanyahu və müdafiə naziri Ehud Barak Bağdadda ABŞ-ın İran üzrə sözçüsü olan və Tel Əvivə İsrail rəsmiləri ilə İran və 5+1 dövlətləri arasında olan danışıqların nəticəsi haqda müzakirələr aparmağa gələn Vendi Şermanı qəbul etməkdən imtina ediblər.

İran və 5+1 dövlətləri cümə axşamı günü Bağdadda keçirilən 2 görüşdən sonra son görüşlərini keçirərək iclasa son qoyublar.

Görüşün nəticələrinə əsasən hazırlanmış hesabata görə İran Qum şəhəri yaxınlığında yerləşən Fordov nüvə sahəsini bağlamaqdan və uranın zənginləşdirməsini dayandırmaq təklifindən imtina etməsinə görə Bağdad görüşü müvəffəqiyyətsiz dəyərləndirilib.

Tehran və 6 əsas dövlət arasında olan danışıqların növbəti mərhələsi 18-19 iyunda Moskvada keçirilməsi planlaşdırılıb.

İran vurğulayaraq bildirib ki, 5+1 dövlətləri İranın uranı zənginləşdirmək hüququnun olduğunu qəbul etmiyənə kimi görüşlər nəticəsiz olaraq qalacaq.
Source : Islamtimes
Comment