QR CodeQR Code

İsrail rəsmiləri ABŞ nümayəndəsini qəbul etməkdən imtina ediblər

Islamtimes , 27 May 2012 01:08

İslamtimes - İran Nüvə enerjisi məsələsində Vaşinqton və Tel Əviv arasında olan fikir ayrılığı səbəbindən İsrail baş naziri və müdafiə naziri ABŞ dövlət katibinin müavinini qəbul etməkdən imtina ediblər.


islamtimes.org/az/ - 25 may cümə günü İsrail baş naziri Bencamin Netanyahu və müdafiə naziri Ehud Barak Bağdadda ABŞ-ın İran üzrə sözçüsü olan və Tel Əvivə İsrail rəsmiləri ilə İran və 5+1 dövlətləri arasında olan danışıqların nəticəsi haqda müzakirələr aparmağa gələn Vendi Şermanı qəbul etməkdən imtina ediblər.

İran və 5+1 dövlətləri cümə axşamı günü Bağdadda keçirilən 2 görüşdən sonra son görüşlərini keçirərək iclasa son qoyublar.

Görüşün nəticələrinə əsasən hazırlanmış hesabata görə İran Qum şəhəri yaxınlığında yerləşən Fordov nüvə sahəsini bağlamaqdan və uranın zənginləşdirməsini dayandırmaq təklifindən imtina etməsinə görə Bağdad görüşü müvəffəqiyyətsiz dəyərləndirilib.

Tehran və 6 əsas dövlət arasında olan danışıqların növbəti mərhələsi 18-19 iyunda Moskvada keçirilməsi planlaşdırılıb.

İran vurğulayaraq bildirib ki, 5+1 dövlətləri İranın uranı zənginləşdirmək hüququnun olduğunu qəbul etmiyənə kimi görüşlər nəticəsiz olaraq qalacaq.


Story Code: 165844

News Link :
https://www.islamtimes.org/az/news/165844/israil-rəsmiləri-abş-nümayəndəsini-qəbul-etməkdən-imtina-ediblər

Islam Times
  https://www.islamtimes.org