0
Sunday 27 May 2012 - 09:53

ABŞ Azərbaycanda insan haqlarının vəziyyətindən narahatdır

Story Code : 165899
ABŞ Azərbaycanda insan haqlarının vəziyyətindən narahatdır
ABŞ Azərbaycanda insan haqlarının vəziyyətindən narahatdır
P.S. Suriya rejimi bildirir ki, terrorçulara qarşı mübarizə aparır. Hətta BMT baş katibi özü də bir neçə gün öncə Suriyada baş vermiş partlayışların terrorçular tərəfindən törədildiyini təsdiqlədi. Bununla belə yenə də Əsədin hakimiyyətdən uzaqlaşdırılmasına yönəlmiş fəaliyyətlər səngimək bilmir. Amma Azərbaycan hakimiyyətinə gözün üstə qaşın var deyən yoxdur. Azərbaycan hakimiyyəti xalqı hədəfə alıb. Hətta jurnalistlərə belə söz azadlığı verilmir!

ABŞ Dövlət Departamentində Demokratiya, İnsan Haqları və Əmək Bürosunun rəhbəri Michael H. Posner bildirir ki, demokratik islahatlar, universal insan haqlarına hörmət edilməsibarədə narahatlığını ABŞ hər fürsətdə Azərbaycan rəsmilərinin diqqətinə çatdırır.

Posner bu barədə mayın 25-də internet istifadəçiləri ilə canlı ünsiyyəti zamanı Londondan Günel Əhmədin sualına cavabında deyib.

Eurovision-2012 mahnı müsabiqəsi günlərində beynəlxalq medianın Azərbaycanda insan haqları probleminə diqqət çəkdiklərini xatırladan Günel Əhməd Dövlət Departamentinin rəsmisindən soruşub ki, ABŞ hökuməti “Lukashenka və ya Assad rejimindən heç də az repressiv olmayan avtoritar Əliyev rejiminə qarşı təzyiqlərini artıracaqmı? Siyasi rəqiblərini təzyiqlər altında saxlayan, seçkiləri saxtalaşdıran, vətəndaşların mülkiyyət hüquqlarına məhəl qoymayan, hökuməti tənqid edən jurnalistləri həbsə atan Azərbaycan haqqında dünyada insan haqlarının ən əsas təşviqçilərindən olan ABŞ nə düşünür?”

Bu suala cavabında Michael H. Posner deyib: “ABŞ Dövlət Departamenti siyasətimizin ən vacib cəhətini təşkil edən Azərbaycanda demokratik islahatları, o cümlədən də universal insan haqları və azadlıqların qorunmasını dəstəkləyir. Biz başqa ölkələrlə olduğu kimi Azərbaycanla ünsiyyətimizdə də insan haqları ilə bağlı narahatlığımızı çatdırmışıq, bundan sonra da çatdıracağıq. Biz bu barədə ictimaiyyət qarşısında çıxışlarımızda da deyirik.

ABŞ Dövlət Departamenti Azərbaycanda insan haqlarının qorunması üçün davamlı şəkildə çalışır. Biz bu məsələləri Azərbaycan hökumətinin rəsmiləri ilə görüşlərimizdə, eləcə də ATƏT çərçivəsində görüşlərimizdə qaldırırıq.

ABŞ hökuməti 2012-ci ilin maliyyə ilində qanunun aliliyi, insan haqlarının qorunması, vətəndaş cəmiyyəti, media, siyasi plüralizm, demokratik seçki sistemi, şəffaf, məsuliyyətli hökumət proqramlarının dəstəklənməsinə 9.3 milyon dollar ayırıb. Bura insan haqlarını müdafiə fəallarının və müstəqil medianın seçkiləri monitorinq qruplarının dəstəklənməsi də daxildir.”

Michael H. Posner cavabında həmçinin ABŞ Dövlət Departamentinin 2011-ci ildə dünyada insan haqlarının vəziyyətinə dair yeni yayılmış hesabatlarını oxumağı tövsiyə edir.

Mayın 24-də yayılmış hesabatın Azərbaycana aid olan hissəsində haqlarının vəziyyətinə görə Bakını da tənqid edir. Sənəddə deyilir ki, Azərbaycanda sərbəst toplaşma, media azadlıqları, mülkiyyət hüquqları sahəsində çox ciddi problemlər var.

Azərbaycan rəsmiləri Bakının ünvanına insan haqlarının vəziyyətinə görə Bakının ünvanına səslənən tənqidləri əsassız adlandırırlar. Prezident Administrasiyasının rəsmisi Əli Həsənov deyir ki, Eurovision müsabiqəsi keçirilən günlərdə belə tənqidlərin çoxalması Azərbaycanı istəməyən qüvvələrin onun imicini beynəlxalq ictimaiyyət qarşısında ləkələməyə cəhd edirlər.

/Azadliq.org/ /Müsavat/
Comment