QR CodeQR Code

Hizbullah rəsmisi: Qərb İranın nüvə inkişafının qarşısını almaq istəyir

Islamtimes , 27 May 2012 18:54

Islamtimes - Hizbullah müqavimət hərakatının rəsmisi deyib ki, Qərb region resurslarının üzərində hökmranlığı qoruyub saxlamaq üçün İranın nüvə inkişafının qarşısını almaq istəyir.


islamtimes.org/az/ - Jurnalistlərə müsahibə verən Muhəmməd Yaği İran və 5+1 dövlətləri arasında Moskvada keçiriləcək görüşlərə işarə edərək deyib: “Biz ümid edirik ki, danışıqlar qarşılıqlı anlaşma şəraitində keçəcək, çünki Qərb regiondakı resurs və sərvətlərə hakim durmaq üçün İran nüvə inkişafının qarşısını almaq istəyir.”

O əlavə edərək deyib: “İranın sənaye, elmi və elktrik ehtiyaclarını ödəmək üçün nüvə enerjisindən istifadə etməyə tam haqqı var.”

Hizbullah rəsmisi həmçinin bildirib ki, beynəlxalq dairələr bu haqqı bütün ölkələr üçün tanıyıb, ancaq İrana qarşı düşmən siyasəti yeridən Qərb hələ də Yaxın Şərq və İranda olan təbii sərvətlərə hökmranlıq etmək istəyir.

Yaği həmçinin deyib ki, 1979-cu il İslam İnqilabının qələbəsindən sonra İrana qarşı iqtisadi, siyasi və maddi sanksiyalar tətbiq edilib.


Story Code: 166097

News Link :
https://www.islamtimes.org/az/news/166097/hizbullah-rəsmisi-qərb-iranın-nüvə-inkişafının-qarşısını-almaq-istəyir

Islam Times
  https://www.islamtimes.org