QR CodeQR Code

Bakı qarışdı!

28 May 2012 17:23

IslamTimes - Bakıda bomba yerləşdirilməsi ilə bağlı anonim zənglər artır.


Paytaxtda növbəti dəfə bomba həyəcanı yaşanıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda müvəqqəti təcridxananın yaxınlığında partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində ərazidə şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 12:20-də başa çatıb.
Amma həyəcan yerində qalır. Ölkədə narazı insanların sayı günbəgün artdığından bu narazılıqlar müxtəlif formalarda özünü göstərir. Bugünkü adi zəngi sabahnə əvəz edəcək? Bu suala xalqın səsini boğmuş rejim başçıları cavab axtarmalıdır. /HaqqYolu/


Story Code: 166363

News Link :
https://www.islamtimes.org/az/news/166363/bakı-qarışdı

Islam Times
  https://www.islamtimes.org