QR CodeQR Code

Qərbi şoka salacaq xəbər: İran neft ixracını rekord həddə çatdırıb

29 May 2012 09:56

IslamTimes - İran Mərkəzi Bankı son 11 ay ərzində ölkənin neft satışından əldə etdiyi gəlirin həcmi 100 mlrd. dolları keçərək rekord həddə çatıb.


APA-nın məlumatına görə, 21 mart 2011-ci ildən 21 fevral 2012-ci il tarixinədək dövrü əhatə edən hesabata əsasən, İran neft ixracından 110 mlrd. dollar gəlir əldə edib. Qeyd edək ki, OPEC üzvləri arasında ikinci ən iri neft istehsalçısı olan İranın əvvəlki ilin eyni dövrü ilə müqayisədə neft satışından əldə etdiyi gəlirin həcmi təxminən 50% artıb.


Story Code: 166507

News Link :
https://www.islamtimes.org/az/news/166507/qərbi-şoka-salacaq-xəbər-iran-neft-ixracını-rekord-həddə-çatdırıb

Islam Times
  https://www.islamtimes.org