QR CodeQR Code

Eurovisiondan sonra…

29 May 2012 10:28

IslamTimes - «Eurovision 2012» Mahnı Yarışması bitdi. Bu yarışmanın keçirildiyi günlər Azərbaycan vətəndaşlarının yaddaşında nələrlə qaldı?


Rafael Həsənov:

- Nəqliyyatın hərəkəti dəyişdi. Yollar açıq oldu. İstədiyin yerə get. Polis güclü rejimdə işlədi.

- Siyasi baxımdan bəs?

- Siyasi baxımdan heç nə dəyişmədi. Biz kasıb təbəqəyik. Bizim üçün heç nə dəyişmədi.

- Müxalifətin mitinqləri oldu.

- Onların da cəzalarını verdilər.

Hikmət Hacızadə


- «Eurovision» özü əlbəttə bir hadisəydi ölkə üçün. Ancaq yarışma ərəfəsində və keçirildiyi günlərdə bizim demokratik qüvvələrimiz, fəallarımız, gənclərimiz Azərbaycana, cəmiyyətimizə baş ucalığı gətirdilər. Bu kampaniya tariximizdə qalacaq. Azərbaycan dünyaya istədiyi mesajlı verə bildi. O qədər məqalələr çıxdı, videoreportajlar hazırlandı. Görünməyən kampaniya getdi. Bu, təkcə Azərbaycanla bağlı deyil. Zəmanə də dəyişib. Həm texniki, həm mənəvi cəhətdən. Dünya artıq quldarlığa dözə bilmir, demokratiyanın boğulmasına dözə bilmir.

(sual: «Eurovision 2012» ərəfəsində keçirilən gənclərin aksiyasında prezidenti təhqir etdiyi üçün 10 sutka cəza alan «Bulistan» qrupunun üzvü Camal Əli artıq ölkəni tərk edib. O, bunu ölkədə qalarsa, cəzalandırıla biləcəyi haqda məlumatlar alması ilə izah etdi.)

Hikmət Hacızadə belə halları istisna etmir. Və bunu demokratiya yolunda mübarizədə normal sayır:

- Ola bilər. Arada çətinliklər olacaq. Amma bu yoldan hamı keçir, başqa millətlər də bundan keçib.


Zərdüşt Əlizadə


- Gerçəkliyi dəyişmək üçün ortada hansısa siyasi iradə, lider, təşkilat, proqram olmalıdır. Bu yoxdursa, xalqın dəstəklədiyi güclü müxalifət, ictimai hərəkat yoxdursa, hər şey indiyə qədər olduğu kimi davam edəcək. Bu, çox kədərli, lakin amansız və qaçılmaz gələcəkdir. /HaqqYolu/


Story Code: 166519

News Link :
https://www.islamtimes.org/az/news/166519/eurovisiondan-sonra

Islam Times
  https://www.islamtimes.org