0
Tuesday 29 May 2012 - 19:44

Avropa Birliyində inamsızlıq böhranı

Story Code : 166656
Avropa Birliyində inamsızlıq böhranı
Avropa Birliyində inamsızlıq böhranı
"Financial Times” səkkiz Avropa Birliyi üzvü olan ölkədə aparılan bir ictimaiyyət yoxlamasına uyğun olaraq bildirir ki, Avropalıların inteqrasiyanın güclənməsi nəticəsində milli iqtisadiyyatları zəifləyir.
"Financial Times”a görə Fransa, Almaniya, İspaniya, İtaliya, Yunanıstan, Polşa, İngiltərə və Çex Respublikasında edilən sorğu-sual gərçək bir güvən krizini işarə edir.
Anket üzv ölkələr arasında Avropa Birliyinə baxış mövzusunda da dərin fərqlər olduğunu məlum edib. Buna görə, yunanların çoxu inteqrasiyanı rədd edərək Avropa təşkilatlarına reaksiya göstərənlər və özlərini Avropanın ən çalışqan insanları olaraq xarakterizə edirlər. Ancaq buna baxmayaraq, içində olduqları iqtisadi krizin daha da ağırlaşacağını düşünürlər.
Almaniyada isə tamamilə başqa və müsbət bir hava var. Almaniya xaricindəki ölkələrdə iqtisadi baxımdan pessimist bir cədvəl olmasına baxmayaraq, Avroya və Almaniya Baş naziri Ancela Merkelə böyük bir dəstək olunur.
Source : XezerXeber
Comment