0
Tuesday 29 May 2012 - 23:58

Qərb İranla münasibətdə Rəhbərin fətvasını nəzərə almalıdır

Story Code : 166718
Qərb İranla münasibətdə Rəhbərin fətvasını nəzərə almalıdır
Qərb İranla münasibətdə Rəhbərin fətvasını nəzərə almalıdır
Islam times.org/az/ - Bazar ertəsi günü Livan prezidenti deyib: “İslam İnqilabının Rəhbəri belə bir fətva verdiyi halda gərək Qərb İranla münasibətdə bu fətvaya əsaslansın və İrana qarşı yersiz ittihamlardan əl çəksin.”

Livan prezidenti bu açıqlamanı İranın Livandakı səfiri Qəzənfər Roxnəbəndi ilə görüşündə edib.

22 fevralda Ayətullah Xamenei çıxış edərək bildirib ki, İran xalqı heç vaxt nüvə silahı əldə etmək fikrində olmayıb və olmayacaq da.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri Tehranı nüvə proqramını hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edirlər.
İranlı səfir isə öz növbəsində Suriyada Livan vətandaşlarını əsir götürən Suriya silahlı dəstələrini tənqid edib.

Roxbəndi İran Prezidenti Mahmud Əhmədnejatın Livan torpaqlarının İsrail işğalından azad edilməsinin 12-ci il dönümü münasibətliə Livan prezidentinə təbrik mesajını çatdırıb.
Source : Islamtimes
Comment