0
Wednesday 30 May 2012 - 06:53

Mübariz insanlar ölüm-qalım arası seçimdə

Story Code : 166760
Mübariz insanlar ölüm-qalım arası seçimdə
Mübariz insanlar ölüm-qalım arası seçimdə
Bəxtiyar Hacıyevə dəstək qrupunun üzvləri mayın 29-da Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan gənc fəalla görüşüblər. B.Hacıyev qrupun üzvlərinə bir neçə gün əvvəl prezident İlham Əliyevə müraciət etdiyini deyib və azadlığa buraxılması ilə bağlı məsələyə baxılmasını istəyib.
2011-ci il martın 4-də həbs olunan B.Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum olunub. O, artıq cəzasının 2/1 hissəsini çəkib.
Comment