0
Wednesday 30 May 2012 - 06:56

Əliyev rejimi xalqın sabahına qarşı

Story Code : 166761
Əliyev rejimi xalqın sabahına qarşı
Əliyev rejimi xalqın sabahına qarşı
Dövlətlə dövlət adı altında gizlənən monarxiya, diktatura, klan arasında mühüm bir fərq var. Dövlətin bütün strateji ideyaları monarx, diktator, xaç atalarının başında yox, dövlət rəsmi qurumlarında, parlamentdə, nazirlər kabinetində dünyaya gəlir. Bəzilərinin bəyənmədiyi İranda belədir – parlamentlə dövlət az qala hər gün baş-başa gəlir. Qərəzi bir yana qoyaq. Bəzi həmvətənlər (şimallı-cənublu) mənə irad tutur ki, məsələn, get İranın problemlərindən yaz, bəsdir Azərbaycan dövlətçiliyini qaraladın. İranın problemləri var və bu barədə həm yazırlar, həm iş görürlər. Mən də İranın problemlərindən yazıram. Məsələ burasındadır ki, artıq Əliyev rejimi (Dövlət Yox!) İranın probleminə çevrilir. İranla həmsərhəd ölkə onun bir nömrəli düşməni İsrailə hərbi meydançaya çevrilməkdədir. Ermənilərə Azərbaycanın qonşuluğunda yer verən İran olmayıb. Diqqət edin, İranda ermənilər yaşayır. Necə ki bir vaxt Azərbaycanda yaşayıblar. Qarışıq nikahların statistikasını aparın. Görün dünyada ermənilərlə ən çox nikaha girən millət hansıdır? Alacağınız nəticə sizə çox söz deyəcək. Mənim yazılarıma Əliyev rejiminin kinli münasibəti aydındır. Amma e-mail ünvanıma daxil olan məktublar arasında sadə insanlar adından yazılan məktubların bir qismində etiraz var. Bir daha deyirəm: ay ürəyimin parçası soydaş! Hədəfim Əliyev qruplaşmasıdır, Azərbaycan dövlətçiliyi yox! Azərbaycan dövlətçiliyi eynən xalq kimi Əliyevlərin əsiridir. Axı kimdən soruşdular ki, Eurovisiona 1 milyarddan artıq pulu xərcləmək olar ya yox? Bir şıltaq qadının nəfs istəkləri bu xalqı plastilin kimi gündə yüz formaya salır. Şəxsən mən bir təbrizli balası olaraq Azərbaycanı, onun insanlarını, torpaqlarını, havasını-suyunu dəlicəsinə sevirəm. Vaxt gələr Qarabağa sevgim haqqında fotolarla, sənədlərlə danışarıq. Bir gün həqiqi dövlət qurulsa bu dövlətə də qul olacağam! Əliyevlərə qul olmaq isə ən azı biz təbrizlilərin şənində deyil. İranda dövlət başında oturanlar da bilir ki, Təbrizlə zarafat olmaz. Bu, şahı yerindən oynadan Təbrizdir!
Keçək Əliyevlərə. Bu gün xəbər eşitdim ki, dini rəhbərin nümayəndəsi Bakıya buraxılmayıb. Gözləyirdim bunu. Korrupsioner rejimin başı dönüb, odla oynayır. Atalar gözəl deyib ki, sirkə tünd olsa öz qabını çartladar. Əliyev rejiminin xalqdan dəstəyi yoxdur, bunu daha nemeslər də bilir. Nemeslər İranda rəhbərin bir sözü ilə milyonların küçələrə axışdığını da bilir. Nemeslər bunu bildiyi üçün indi Əliyevlərin iki əsas düşməni var: biri İrandır, o biri isə (ermənilər yox!) nemeslər!
Autizm deyilən bir sindrom var. İnsan bir mövzuya o qədər aludə olur ki, real həyatdan uzaqlaşır. Bu sindromu yaşayan insanın beynində informasiyaları düzgün dəyərləndirməklə bağlı problem yaranır. Əsasən genetik faktorlarla bağlı olur. Autizmə mübtəla olmuş şəxsin iki mühüm xüsusiyyəti var: bir mövzudan ayrıla bilmir və hər şeyin öz istəyincə eyni olmasını istəyir. Necə olur ki, cılız, ayaq üstə durmaq gücü olmayan biri fiziki hazırlıqlı başqasının üstünə yeriyir? Silahı olanda? Normal halda yalnız silahı olan zəif güclünün üstünə gedir. İran ABŞ-a meydan oxuyan ölkədir. Özü də 30 ili keçib. Əliyevlər erməni əlində aciz qruplaşmadır. Bunun da 20 il tarixi var. Bəs zəif bir qruplaşmanı bəzi tərbiyəsizlərin fars-molla rejimi adlandırdığı İslam Respublikasının üzərinə aparan nədir? (Fars-molla ifadəsi arxasında iki kompleksdən biri dayanır: fars millətinə nifrət ya da ruhaniyə nifrət; ümumiləşdirsək ya şovinizm, ya da dinsizlik; farsın fars, türkün türk düşməni varsa, eyni dindən olan iki tərəf dini zəmində çarpışırsa fars-molla ifadəsi siyasi alverçilikdən başqa bir şey deyil - biz hələ də Əliyevləri məsələn qumarbaz-kürd rejimi adlandırmamışıq... Keçək...)
Kimə və nəyə arxayındı Əliyev? Şübhəsiz, onun İranla problemi milli məktəblərin açılması deyil. Ümumiyyətlə bu mövzu manevrdir, ideal yox. Azərbaycan Respublikasının əhalisi milli məktəblərdə təhsil almaqla xoşbəxt olubmu? Avropaya, Çinə, daha başqa min məmləkətə üz tutan soydaşlarımız bədbəxtlikdən qaçmırmı? Onların getdiyi ölkələrdə milli məktəb varmı? Əsas odur ki, orada Əliyev rejimi yoxdur. Əliyev rejimi olan yerdə nə fərqi var hansı dildə ağlayırsan!
Özündən qat-qat güclü dövlətə meydan oxuyan Əliyev Qəddafi kimi qızıl tapançasınamı güvənir? Yoxsa İsrail “qorxma, vur” deyir? Əliyev düşünmürmü ki, artıq İranla İsrail arasında müharibə olub və İsrail 33 gündən artıq davam gətirməyib. Livan-İsrail müharibəsi İsrailin sifətinə mıxlanan İran yumruğu deyildimi?! Bilənlər bilir, bilməyənlər həmin müharibəni təhlil etsin.
Başınızı çox ağrıtmayım. Əliyev rejiminin İrana qarşı mənəm-mənəminin arxasında ciddi heç nə yoxdur. Qayıdırıq autizm sindromu üzərinə. Bütün diktatorlar autizmdən əziyyət çəkir. Kübar həyatda xumarlanan belələri oyananda özünü əjdaha ağzında görür, eynən Qəddafi kimi. Bəli, Azərbaycan dövlətçiliyi xəstə bir rejimin, özünə qapılmış puçların əlində alət olub. Bunu xalq və müxalifətin anlaması lazım. Bu rejimin düşmənini düşmən saymaq nə cəmiyyətə, nə də müxalifətə xoşbəxtlik gətirəcək. Özünüzü Əliyevlərin çevrəsindən qırağa çəkin. Bu çevrə içindən alışacaq və onun bütün qarınlardakı haram tikələri od tutacaq. Oddan qorunun.

Babək Təbrizli
b_tabrizli@mail.ru
Source : HaqqYolu
Comment