0
Thursday 10 December 2009 - 15:25

BEYNƏLXALQ İCTİMAİYYƏT İSRAİL REJİMİNİ TƏNQİD EDİR

Story Code : 16691
BEYNƏLXALQ İCTİMAİYYƏT İSRAİL REJİMİNİ TƏNQİD EDİR
Sionist rejim tərəfindən fələstinlilərin həbs prosesi hələ də davam edir. 10 min dən çox fələstinli hazırda bu qeyri-legitim zindanlarında saxlanılır.

BMT-nin fələstinli qaçqınları himayə üzrə ali komissarı Karen Əbu Zeyd Sionist rejim tərəfindin işğal olunmuş Fələstin ərazisində insan hüquqlarının mütəmadi surətdə pozulması xüsusilə də beynəlxalq qanun və prinsiplərə laqeyd yanaşmasına işarə edərək beynəlxalq ictimaiyyətin fələstinlilər məsələsinə, o cümlədən qaçqınlar mövzusuna laqeyd yanaşmasından təəccübləndiyini bildirib.

Əbu Zeydin sözlərinə görə BMT-nin fələstinli qaçqınları himayəsi üzrə agentliyinin təşkil edilməsindən 60 ilin keçməsinə baxmayaraq, fələstinlilərə heç nə aid olmayıb və onlar indiyədək müstəqil Fələstin ölkəsinin qurulmasına nail olmayıblar.

Sionist İsrail rejimi son 61 il ərzində Fələstin ərazisini qəsb etməklə yanaşı, bu müddət ərzində fələstinlilərə qarşı çox pis rəftar edib.

Sionist rejim tərəfindən fələstinlilərin geniş şəkildə saxlanılması əvvəlcədən elə bir formada olub ki, fələstinlilər artıq bu qeyri-legitim rejimin yarandığı gündən etibarən ömürlərinin çox hissəsini zindanlarda keçiriblər.

Əslində Sionist rejim faktiki olaraq fələstinli məntəqələrdə ayırıcı divar inşa etməklə, Fələstin ərazisini fələstinlilər üçün böyük bir zindana çevirib. Habelə İsrail rejimi fələstinlilərin mənzillərin geniş surətdə dağıtmaq, xüsusi ilə də sionist sakinli qəsəbələr tikməyi əsas tutaraq onların ərazisini zəbt etməklə fələstinliləri öz ev-eşiklərindən didərgin salıb.

Qeyd edək ki, 1948-ci ildən bəri fələstinlilərin bir çoxu öz ev-eşiklərindən didərgin düşüb. Beynəlxalq təşkilatlar tərəfindən təqdim olunmuş statistikalar göstərir ki, hazırda 4 milyon nəfərə yaxın fələstinli qaçqın var. Onların əksəriyyəti pis vəziyyətdə yaşayır.

Sionist rejimi fələstinliləri özlərinin ən sadə hüquqlarından, xüsusi ilə də müstəqil Fələstin ölkəsini təşkil etmək hüququndan məhrum edib. Hətta BMT-nin 194 saylı qəbul etdiyi qətnamənin həyata keçirilməsinin əleyhinə çıxıb.

Sözü gedən qətnamə fələstinli qaçqınların öz doğma vətəninə və illər boyu didərgin vəziyyətə düşmələrinə xatir onlara kompensasiyanın ödənilməsini istəyir.

Sionist rejimin məzlum fələstinlilərin hüquqlarını pozmaqla bağlı hərəkətləri beynəlxalq təşkilatların bu qanunsuz rejimə tənqidlə yanaşmasına səbəb olub.
Source : Faktxəbər
Comment