CƏBHƏ XƏTTİNDƏ ATƏŞKƏS 211 DƏFƏ POZULUB
APA.Az , 10 Dec 2009 15:32
Müdafiə Nazirliyi: “Son üç ayda cəbhə xəttində atəşkəs 211 dəfə pozulub”
“Son üç ay ərzində cəbhə xəttində atəşkəs 211 dəfə pozulub”.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
E. Sabiroğlunun sözlərinə görə, atəşkəs ən çox Füzuli, Xocavənd, Tərtər və Ağdam rayonları istiqamətində pozulub.
E. Sabiroğlu bildirib ki, atəşkəsin pozulması zamanı Ermənistan Ordusu Azərbaycandan iki dəfə çox itki verib.
Nazirlik sözçüsü deyib ki, 3 ay ərzində ATƏT-in fəaliyyətdə olan sədrinin mandatına uyğun olaraq təmas xəttində 7 dəfə monitorinq keçirilib. Monitorinqlər insidentsiz başa çatıb.
Story Code: 16692