0
Thursday 31 May 2012 - 07:16

Moskvadan Ollanda sərt etiraz

Story Code : 167044
Moskvadan Ollanda sərt etiraz
Moskvadan Ollanda sərt etiraz
Rusiya Suriyaya qarşı hər hansı xarici hərbi müdaxilənin edilməsi cəhdinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasından keçməsinə mane olacağını bəyan edib. (CHA)

İnterfaksa danışan Rusiya xarici işlər nazirinin müavini Qennadi Qatilov Fransa prezidenti Fransua Olandın Suriyaya qarşı BMT-nin təsdiqləyəcəyi hər bir hərbi müdaxilə variantını istisna etməmələrinə dair açıqlamalarını şərh edib. Qatilov bildirib: "Biz həmişə bunu söylədik, Rusiya Suriya böhranına kənar müdaxiləyə qətiyyətlə qarşı çıxır. Çünki xarici müdaxilə ölkədə vəziyyəti daha da ağırlaşdıracaq. Hərbi müdaxilə həm Suriya, həm də bütün bölgədə gözlənilməz nəticələrə gətirib çıxara bilər".
Source : XezerXeber
Comment