QR CodeQR Code

Moskvadan Ollanda sərt etiraz

XezerXeber , 31 May 2012 07:16

IslamTimes - Moskvadan Olandın Suriya hərbi müdaxilə açıqlamalarına sərt etiraz


Rusiya Suriyaya qarşı hər hansı xarici hərbi müdaxilənin edilməsi cəhdinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasından keçməsinə mane olacağını bəyan edib. (CHA)

İnterfaksa danışan Rusiya xarici işlər nazirinin müavini Qennadi Qatilov Fransa prezidenti Fransua Olandın Suriyaya qarşı BMT-nin təsdiqləyəcəyi hər bir hərbi müdaxilə variantını istisna etməmələrinə dair açıqlamalarını şərh edib. Qatilov bildirib: "Biz həmişə bunu söylədik, Rusiya Suriya böhranına kənar müdaxiləyə qətiyyətlə qarşı çıxır. Çünki xarici müdaxilə ölkədə vəziyyəti daha da ağırlaşdıracaq. Hərbi müdaxilə həm Suriya, həm də bütün bölgədə gözlənilməz nəticələrə gətirib çıxara bilər".


Story Code: 167044

News Link :
https://www.islamtimes.org/az/news/167044/moskvadan-ollanda-sərt-etiraz

Islam Times
  https://www.islamtimes.org