0
Thursday 31 May 2012 - 08:21

Vilayəti: Azərbaycanda anti-islami hərəkətlər davam edə bilməz

Story Code : 167067
Vilayəti: Azərbaycanda anti-islami hərəkətlər davam edə bilməz
Vilayəti: Azərbaycanda anti-islami hərəkətlər davam edə bilməz
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: İran İslam Respublikası olaraq heç bir ölkənin, o cümlədən Azərbaycanın daxili məsələlərində müdaxiləmiz yoxdur. Lakin, Azərbaycanın məzlum xalqının səsi əgər İranda əks olunursa və İran xalqı reaksiya verirsə, bu tam təbiidir.

İslam İnqilabının Böyük Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Mehr İnformasiya Agentliyi ilə müsahibədə Azərbaycanda İslam dini və şiəliyə qarşı baş verən hörmətsizliklər barəsində deyib: İran və Azərbaycan xalqlarının müştərək din, məzhəb, tarix və mədəni ortaqlıqları vardır və heç vaxt bir-birlərindən ayrılmayacaqlar.

İran və Azərbaycan xalqlarının həmişə bir-birlərinin kənarında olacaqlarını bəyan edən Əli Əkbər Vilayəti söyləyib: Hətta sabiq SSRİ-də kommunistlərin hakimiyyəti dövründə belə, iki ölkə xalqlarının ürəkləri bir-birinin kənarında olmuşdur.

"Hazırda da belədir və Azərbaycanda baş verən hər bir anti-dini hərəkət Azərbaycanda əhalinin böyük hissəsini təşkil edən müsəlmanların istəyinin əksinədir və bu onlara qəbul etdirilib" –deyə Vilayəti söyləyib.

İslami Oyanış Assambleyaının katibi xatırladıb: Azərbaycanda anti-islam hərəkətlərin davam etməyəcəyini proqnoz edirik. Hazırda bəzi işlərin görülməsi mümkündür. Lakin islam ölkələrində hakimiyyətdə olan şəxslərin təcrübələrinə əsasən, İslam, müsəlman ölkələrdə xalqın ruhuna kök atmışdır.

Bu ibrət dərsinin islam ölkələrində hökumət edən bütün şəxslər üçün baş verməli olduğuna toxunan Əli Əkbər Vilayəti xatırladıb: Anti-dini hərəkətlərlə xalqı islamdan və islamı xalqdan ayırmaq olmaz.

Vilayətinin dediyi kimi, "biz İran İslam Respublikası olaraq heç bir ölkənin, o cümlədən Azərbaycanın daxili məsələlərinə müdaxilə etmirik. Lakin əgər Azərbaycanın məzlum xalqının səsi İranda əks olunursa və İran xalqı reaksiya verirsə, tamamilə təbiidir".

"Eyni halda ümidvarıq ki, Azərbaycan hökuməti iki ölkə arasındakı mövcud maneələrin aradan qaldırılması istiqamətində öz səyini göstərəcək və dövlətlər arasındakı münasibətlərin inkişafı istiqamətində öz xalqının istəyinə diqqət yetirəcək" –deyə Vilayəti xatırladıb.
Source : İRİB
Comment