QR CodeQR Code

"Avropa Türkiyəyə həddini bildirsin"

31 May 2012 15:06

IslamTimes - Sionist İsrail rejiminin xarici işlər naziri Liberman Avropaya səslənib


9 türk vətəndaşının həyatını itirdiyi Mavi Mərmərə qətliamı ilə bağlı hazırlanan iddianamə İsrail rejimini qəzəbləndirib. Türkiyənin İsrailə qarşı sərt mövqe sərgilədiyini söyləyən xarici işlər naziri Liberman, "Avropa Türkiyəyə həddini bildirsən" deyə Qərb ölkələrinə səslənib

İsrail rejiminin Mavi Mərmərə qətliamı ilə əlaqədar İstanbul məhkəməsi tərəfindən hazırlanan iddianamə keçən həftə ağır cinayətlərə dair məhkəmə tərəfindən qəbul edilib.

144 səhifəlik iddianamədə aralarında İsrailin baş qərargah rəhbərinin də olduğu 4 vəzifəli əsgər haqqında 9 dəfə ağırlaşdırılmış əbədi həbs istənilib. /FaktXeber/


Story Code: 167198

News Link :
https://www.islamtimes.org/az/news/167198/avropa-türkiyəyə-həddini-bildirsin

Islam Times
  https://www.islamtimes.org