QR CodeQR Code

Suriyanın Hama şəhərində daha 101 yaraqlı təslim olub

31 May 2012 15:15

IslamTimes - Terror aktlarına qarışıb kimsəni öldürməyən daha 101 nəfər Hamada təhlükəsizlik təşkilatlarına təslim olaraq normal həyatlarına dönməyi seçiblər.


Bu haqda rəsmi SANA agentliyi açıqlama yayıb. Silahlarını təslim edən 101 nəfər qanunlara zidd olaraq yenidən silah daşımamaq mövzusunda yazılı təəhhüdləri üzərinə götürdükdən sonra haqlarındakı istintaqlar dayandırılaraq azad buraxılıblar.

Hazırda terror aktlarında adları keçənlərdən 7250-ə yaxın Suriya vətəndaşı silahlarını təhvil verərək, ailələrinə və normal həyatlarına qayıtmağı seçiblər. /Deyerler/


Story Code: 167200

News Link :
https://www.islamtimes.org/az/news/167200/suriyanın-hama-şəhərində-daha-101-yaraqlı-təslim-olub

Islam Times
  https://www.islamtimes.org