İranın Parçin hərbi bazası haqqında irəli sürülən iddialar əsassızdır.Bu barədə MAQATE-nin iclasından sonra jurnalistlərə İranın agentlikdəki daimi nümayəndəsi Əli Əsgər Soltaniyə bildirib. Onun sözlərinə görə, əsassız iddialar irəli sürən üçüncü tərəf İran ilə MAQATE arasında texniki əməkdaşlıq prosesinə müdaxilə edir.
Soltaniyə müvafiq razılaşma əldə olunduqdan sonra MAQATE-nin müfəttişlərinin Parçin bazasına daxil olmaq imkanı qazanacaqlarını bildirib.
“Bununla da, MAQATE İranın nüvə proqramının hərbi xarakter daşımadığına əmin olacaq”, - o deyib. /XezerXeber/