QR CodeQR Code

Parçin haqqında irəli sürülən iddialar əsassızdır

31 May 2012 22:48

IslamTimes - Soltaniyə: "MAQATE müfəttişləri Parçin bazasına razılaşma əldə olunduqdan sonra daxil olacaqlar"


İranın Parçin hərbi bazası haqqında irəli sürülən iddialar əsassızdır.Bu barədə MAQATE-nin iclasından sonra jurnalistlərə İranın agentlikdəki daimi nümayəndəsi Əli Əsgər Soltaniyə bildirib. Onun sözlərinə görə, əsassız iddialar irəli sürən üçüncü tərəf İran ilə MAQATE arasında texniki əməkdaşlıq prosesinə müdaxilə edir.

Soltaniyə müvafiq razılaşma əldə olunduqdan sonra MAQATE-nin müfəttişlərinin Parçin bazasına daxil olmaq imkanı qazanacaqlarını bildirib.

“Bununla da, MAQATE İranın nüvə proqramının hərbi xarakter daşımadığına əmin olacaq”, - o deyib. /XezerXeber/


Story Code: 167318

News Link :
https://www.islamtimes.org/az/news/167318/parçin-haqqında-irəli-sürülən-iddialar-əsassızdır

Islam Times
  https://www.islamtimes.org