QR CodeQR Code

Azərbaycan “Avroviziya”dan kənarlaşdırılır?

Diktatura rejimli ölkələrə “Avroviziya” qadağası

1 Jun 2012 08:25

IslamTimes - Skandinaviya ölkələri və Böyük Britaniya Avropa Yayımlar Birliyi üçün yeni qaydalar irəli sürüblər.


“Qafqazinfo”nun «Belgovision.com» saytına istinadən verdiyi xəbərə görə, təklif olunan qaydalarda diktatura rejimi hökm sürən ölkələrin müsabiqədə iştirakına qadağa qoyulması təklifi irəli sürülüb. İrəli sürülən yeni qanunlar daha əhatəli şəkildə İsveç, Norveç, Danimarka və Finlandiyanın milli yayımlarının nümayəndələri ilə görüşdə təqdim olunub.

Böyük Britaniya və Avstriya "Avroviziya" qaydalarının kəskinləşməsini bəyənib və bunun Avropa Yayımlar Birliyinə təşkilatdan üzvləri çıxarmaq yaxud onların müsabiqədə iştirakına qadağa qoymasına imkan verəcəyini iddia ediblər.

Yeni qaydalar Avropa yayımları Birliyinin Strasburqda iyunun sonlarındakı konfransında müzakirə ediləcək və səsverməyə çıxarılacaq.


Story Code: 167356

News Link :
https://www.islamtimes.org/az/news/167356/azərbaycan-avroviziya-dan-kənarlaşdırılır

Islam Times
  https://www.islamtimes.org