QR CodeQR Code

ABŞ Baş Ştabı Klintona qarşı

1 Jun 2012 21:58

IslamTimes - ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, Suriyaya qarşı hərbi ssenari hər gün daha çox zəruriləşir.


"IslamTimes"-ın "VZ.ru" saytına istinadən verdiyi xəbərə əsasən, Klinton bildirib ki, bu əməliyyat Liviyaya qarşı əməliyyatlardan çətin olmayacaq. Amma onun sözləri birbaşa ABŞ Baş Ştab komandanlığının fikirlərinə ziddir. ABŞ ordu ştab komandanlığının sədri general Martin Dempsi hərbi müdaxiləni mümkün saysa da, nəticələrlə bağlı şübhədədir. General hərbi müdaxiləni riskli addım adlandırıb. Bunun bir səbəbi də İsrailin Suriyaya qarşı kampaniyadan çəkinməsidir. Netanyahunun sabiq müşaviri Benni Briskin bildirib ki, İsrail Dəməşqə qarşı əməliyyatlarda iştirak etməyəcək. Çünki İsrailin Suriya ilə sərhədləri ən sakit sərhədlərdir.


Story Code: 167456

News Link :
https://www.islamtimes.org/az/news/167456/abş-baş-ştabı-klintona-qarşı

Islam Times
  https://www.islamtimes.org