0
Friday 1 June 2012 - 22:09

İran və "altılıq" arasında danışıqlar düzgün istiqamətdə gedir

Story Code : 167482
Əli Əkbər Salehi
Əli Əkbər Salehi
IRNA agentliyinin verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi Nyu-Dehlidə bəyan edib.

Salehi Hindistana Baş nazir Mahmohan Sinqhi 26 iyul-3 avqust tarixlərində Tehranda keçiriləcək Qoşulmama Hərəkatının sammitində iştirak etməyə dəvət etmək üçün İran prezidenti Mahmud Əhmədinejadın xüsusi elçisi kimi gəlib.

Salehi bəyan edib ki, tərəflər İranın nüvə proqramı üzrə ciddi danışıqlar aparırlar və Tehran Moskvada keçiriləcək qarşıdakı görüşdən yaxşı nəticələr gözləyir.

İranın xarici işlər naziri tərəflərin sonda hamı üçün əlverişli ola biləcək ümumi razılaşma əldə edəcəklərinə ümidvar olduğunu bildirib. /Trend/
Comment