0
Monday 4 June 2012 - 15:33

İran rəsmisi: Liviyadakı qarışıqlıq İsrailin xeyrinədir

Story Code : 168087
İran rəsmisi: Liviyadakı qarışıqlıq İsrailin xeyrinədir
İran rəsmisi: Liviyadakı qarışıqlıq İsrailin xeyrinədir
Islam times.org/az/ - İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Huseyn Əmir Abdullahi deyib ki, əgər Livanda qarışıqlıq olarsa, bu zaman İsrail ve regionun düşmən qüvvələri bundan istifadə edəcəklər.

Bazar günü Əmir Abdullahi deyib: “Əgər Livanda münaqişə yaranarsa region düşmənləri və Sionist rejimi bundan yararlanacaq.”

O dövlətlər ki, Suriyaya silah-sursat göndərməyin tərəfdarıdır, onlar həmçinin Livanın paytaxtı Tripolidə də münaqişənin yayılmasına məsuluyyət daşıyırlar.

İran rəsmisi Suriya və Livanın İsrailə qarşı müqvimət cəbhəsi qurduqlarını deyərək bildirib ki, xüsusi şəxslər və qrumlar Livanın milli vəhdətini pozmağı planlaşdırırlar.

Şənbə günü Livanın Tripoli şəhərinin şimal hissəsində Suriya hökumətinin tərəfdarları və əleyhdarları arasında toqquşma baş vermiş 15 nəfər ölmüş və bir o qədər də yaralanmışdır.

Suriya hökumətinin tərəfdar və əleyhdarları arasında toqquşma hələ 12 mayda anti Dəməşq nümayişçilərinin Tripolidə yerləşən Suriya Sosial Milli Partiyasının ofisinə yaxınlaşarkən baş vermişdir.

Əmir Abdullahi Suriya daxili işlərinə qarışaraq orada heç bir nəticə əldə edə bilmədiklərindən indi də Livanda çaxnaşma yaratmaq istəyirlər.

Sonda o deyib: “Əminliklə deyirəm ki, düşmənlər Livanda öz məqsədlərini həyata keçirə bilməyəcəklər.”
Source : Islamtimes
Comment