0
Monday 4 June 2012 - 18:57

ABŞ rəsmisi İrana qarşı təzyiqlər üçün İsrailə yollandı

Story Code : 168127
ABŞ rəsmisi İrana qarşı təzyiqlər üçün İsrailə yollandı
ABŞ rəsmisi İrana qarşı təzyiqlər üçün İsrailə yollandı
"IslamTimes" "Reuters"ə istinadən xəbər verir ki, ABŞ maliyyə nazirinin terrorizm və maliyyə informasiyası üzrə müavini Devid Kohen işğalçı İsrail rejiminə yollanıb. Kohen deyib: "Əgər İranla 5+1 arasında keçiriləcək Moskva görüşündə nəticə əldə edilməsə İrana qarşı təzyiqləri artıracağıq."

Nəzərinizə çatdıraq ki, İranla 5+1 arasında son görüş 24 may tarixində Bağdadda baş tutub. Tərəflərin müzakirənin davam etdirilməsi üçün seçdiyi növbəti məkan Moskva olub. 18-19 iyun tarixində baş tutacaq görüşdə tərəflər arasında razılaşma əldə olunacağı gözlənilir. İran MAQATE müfəttişlərinə nüvə stansiyalarına baxış keçirmək üçün hər cür şərait yaradaraq, xoş niyyətli olduğunu sübuta yetirib.

Kohen sözlərinin davamında deyib: "Biz hər zaman İsraillə həmkarlıq etmişik, bundan sonra da məsləhətləşmələrə davam edeceyik."

Son aylarda sionist rejimi İran əleyhinə sanksiyaların gücləndirilməsinə çalışır. Prezident seçkiləri astanasında olan ABŞ isə İranla 5+1 arasındakı danışıqları pozmaqla İsrail rəsmilərinin etimadını qazanmağa çalışır.
Comment