QR CodeQR Code

Əli Həsənovun mirzələri ermənilərlə görüşdü

5 Jun 2012 05:46

IslamTimes - İyunun 4-də Moskvada Azərbaycan və Ermənistan jurnalistlərinin görüşü keçirilib.


APA informasiya agentliyinin məlumatına görə iki ölkə jurnalistləri media rəhbərləri dövlət başçıları, xalq nümayəndələrinə qarşı mətbuatda qeyri-etik ifadələrin səslənməməsi, xalqlar arasında düşmən obrazının yaradılmasının azaldılması barədə şifahi razılıq əldə ediblər.
“Rossiyskaya qazeta”nın redaksiyasında keçirilən görüşü Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy təşkil edib. Müzakirəyə hər iki ölkədən beş media orqanının rəhbəri qatılıb.
Görüşdə Azərbaycandan “Baku Post” qəzetinin, “1news”, “Trend” informasiya agentliyinin, “News.az” xəbər portalının rəhbərləri və müstəqil jurnalist Azər Həsrət iştirak edib.


Story Code: 168204

News Link :
https://www.islamtimes.org/az/news/168204/əli-həsənovun-mirzələri-ermənilərlə-görüşdü

Islam Times
  https://www.islamtimes.org