QR CodeQR Code

Suriya müxalifəti vahid cəbhə yaradıb

Islamtimes , 6 Jun 2012 01:16

Islamtimes - Suriya müxalifəti Dəməşqə qarşı silahlı mübarizə üçün vahid cəbəhənin yaradıldığını elan edib.


www.islamtimes.org/az/ - Bazar ertəsi günü İstanbulda keçirilən mətbuat konfransı zamanı müxalifət deyib ki, onlar Prezident Bəşər əsəd hökumətinə qarşı silahlı mübarizə aparmaq üçün 12000 qeydiyyatdan keçmiş üzvü olan və Suriya İnqilabçıları Cəbhəsi adlanan yeni hərbi birləşmə yaradıblar.

Suriya İnqilabçıları Cəbhəsinin üzvü Xalid Okla belə deyib: “Bugün biz dörd aylıq araşdırmadan sonra qəddar rejimə son qoymaq üçün müxtəlif silahlı qruplaşmaları bir bayraq altında birləşdiyini élan edirəm. Biz bu qəddar və tiran rejimi məhv etməyə gedirik.”

Əsəd hökumətinə qarşı hücumlar intensivləşdiyi bir zamanda Avropa Birliyi və Rusiya problemin həlli üçün siyasi danışıqların olmasını təkid edirlər.

BMT baş katibi Ban Ki Moon bildirib ki, münaqişədə əli olan hər bir tərəf BMT Ərəb Liqası nümayəndəsi Kofi Annanın irəli sürdüyü sülh planına tabe olmalıdırlar.

Həmin günün əvvəllərində isə Azad Suriya Ordusu Suriya hökuməti qoyduqları vaxt bitdiyindən Kofi Annan trəfindən təltif edilən sülh planını pozduqlarını deyiblər.

Üsyançılar ordunun silahlı qruplara qarşı keçən cümədən başlayan əməliyyatları dayandırılmayacağı təqdirdə sülh planını pozacaqlarını bildirmişdilər.


Story Code: 168531

News Link :
https://www.islamtimes.org/az/news/168531/suriya-müxalifəti-vahid-cəbhə-yaradıb

Islam Times
  https://www.islamtimes.org